Viza ala bilməyən qrupun konserti ləğv olundu

29 May 2025 02:47 (UTC+04:00)

Türkiyənin məşhur musiqi qrupu "Athena" xoşagəlməz hal ilə üzləşib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrupun Londonda keçirəcəyi konsert ləğv olunub. Buna səbəb qrup üzvlərinin viza dəstəyinin verilməməsi olub.