Qətərdə üç bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO

29 May 2025 02:19 (UTC+04:00)

Azərbaycan səfirliyinin təşəbbüsü ilə Qətərin paytaxtı Dohada yerləşən üç bina 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. SİA xəbər verir ki, “Sheraton Grand Doha” və “Century Marina” hotelləri, eləcə də “Hospital Doha” binaları üçrəngli bayrağımızın rənglərinə boyanıb.