Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

28 May 2025 20:54 (UTC+04:00)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri mayın 28-də başa çatıb.

SIA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev yola saldı.