Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb - PREZİDENT

28 May 2025 16:55 (UTC+04:00)

Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim öz haqq işini aparıb:

“Biz güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Bu, bizi qələbəyə aparan amildir. Bununla bərabər, gənc nəsli vətənpərvər ruhda yetişdirərək qələbəmizi şərtləndirdik”.