COP29 sədrliyi Astana Beynəlxalq Forumunda iştirak edib

28 May 2025 13:19 (UTC+04:00)

COP29 sədrliyinin nümayəndələri Astana Beynəlxalq Forumunda iştirak edərək iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Sədrlik iqlim dəyişikliyi ilə mübarizədə dinamikanı gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün dünya liderləri ilə əməkdaşlığa ümid edir", - paylaşımda qeyd edilib.