İtaliya səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

28 May 2025 11:41 (UTC+04:00)

İtaliyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İtaliyanın Bakıdakı səfirliyi dost Azərbaycan xalqını Müstəqillik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir", - paylaşımda bildirilib.