Latviya Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

28 May 2025 10:34 (UTC+04:00)

Latviya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Azərbaycana 28 May - Müstəqillik Günü münasibətilə rifah və firavanlıq arzularımızı çatdırırıq", - paylaşımda vurğulanıb.