Niderland Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik edib

28 May 2025 09:49 (UTC+04:00)

Niderlandın Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Müstəqillik Gününüz mübarək! Bu xüsusi gündə Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırırıq", - paylaşımda vurğulanıb.