Polşa səfirliyindən Azərbaycan xalqına təbrik

28 May 2025 09:45 (UTC+04:00)

Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, rifah arzulayır və ən xoş diləklərini çatdırır. Müstəqillik Gününüz mübarək", - paylaşımda vurğulanıb.