Özbəkistan XİN Azərbaycan xalqını təbrik edib

28 May 2025 09:15 (UTC+04:00)

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik edib. SİA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan Respublikasındakı bütün dostlarımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!", - paylaşımda qeyd olunub.