Çimnaz Sultanovanın hesabı ələ keçirildi

28 May 2025 06:47 (UTC+04:00)

Mərhum Çimnaz Sultanovanın "Instagram” səhifəsi naməlum insanlar tərəfindən oğurlanıb. SİA xəbər verir ki, bu barədə mərhum aktrisanın "Facebook” profilində məlumat verilib. Bildirilib ki, səhifənin adı "Cimnazsultanova"dan "Cimnazsultanova_funpage" olaraq dəyişdirilib və aktrisanın yayımladığı bütün postlar silinib. "Bu səhifəni başqa yolla silmək mümkün olmadığından, xahiş edirik hamılıqla kütləvi şəkildə şikayət edəsiniz” - məlumatda bildirilir.

Xatırladaq ki, aktrisa bu il yanvarın 15-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Çimnaz Sultanova "Vicdan haqqı”, "Sənə inanıram”, "Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.