ABŞ-ın Milli İctimai Radiosu (NPR) və onun üç yerli stansiyası Prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, məhkəməyə müraciətin səbəbi bu qurumlar üçün federal maliyyənin kəsilməsini nəzərdə tutan sərəncamın qanunsuz olduğunu hesab etmələridir.
NPR, Kolorado İctimai Radiosu, Aspen İctimai Radiosu və KUTE Inc.-in müraciətinə görə, Trampın subsidiyaları azaltmaq əmri Konstitusiyaya Birinci Düzəlişi pozur.