...Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsin xahiş etsə, ölkənin birinci prezidenti Leonid Kravçuk 1991-ci ildə Krımı Rusiyaya verməyə hazırdır.
SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında yazıb.
...Rəhmətlik Kravçuk mənə dedi ki, əgər Belovejskaya Puşçada Yeltsin mənə Krımı ver desəydi, mən onu ona verərdim.
Bundan əvvəl Azarov bəyan etmişdi ki, Kiyev Krım və Sevastopolla iddia irəli sürmək hüququna malik deyil. Siyasətçinin sözlərinə görə, 2014-cü il hadisələrinə qədər Rusiya ilə Ukrayna arasında heç bir ərazi mübahisəsi olmayıb və bütün ərazi məsələləri 1997-ci ildə imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsi ilə tənzimlənirdi.
Bundan əvvəl Krım parlamentinin rəhbəri Vladimir Konstantinov 1954-cü ildə Xruşşovun qərarı ilə Krımın Ukrayna SSR-ə verilməsinin qanunsuz kimi tanınmasını təklif etmişdi.
Onun sözlərinə görə, Ukrayna Respublikasına qoşulmaq yarımadanın Rusiyadan qoparılmasına və “sakinlərini Ukraynaya çevirmək üçün obsesif cəhdlərə” gətirib çıxarıb.
Əli Babayev