...Amerikalı alimlər xüsusi alətlər vasitəsilə kosmosda “ruhların çoxluqları”nı aşkar ediblər. Bu kəşf kosmosda bəzi enerji laxtalarının mövcudluğunu təsdiqləyib.
SİA-nın məlumatına görə, tədqiqat Duke Universitetinin Pratt Mühəndislik Məktəbinin alimləri tərəfindən aparılıb.
Mütəxəssislərin fikrincə, yüksək dəqiqlikli avadanlıq kosmosda ən kiçik elektromaqnit aktivliyi belə qeydə almağa qadirdir.
Alimlər hazırda ildırım çaxmasına zahirən bənzəyən qeyri-adi hadisələri tədqiq edirlər.
Enerji laxtalanmaları bir neçə kilometr məsafədə müşahidə olunur.
Alimlərin fikrincə, bu, elektrik boşalmaları və ya Yerin maqnit sahəsinin təsiri ilə bağlı ola bilər.
Əldə edilən məlumatlar dünyanın quruluşunu və onun kosmosla qarşılıqlı əlaqəsini daha yaxşı anlamağa kömək edə bilər.
Araşdırmalar davam edir.
Nazlı Almuradova