Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

27 May 2025 15:51 (UTC+04:00)

Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Bu barədə SİA-ya ADY-dən bildirilib.

Məlumata əsasən, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi, Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusilə vurğulayıb.