AFFA İntizam Komitəsi "Sabah", "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyununun 76-cı dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 41);
25.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 51.2);