Vətəndaşların 28 min manatını dələduzluq edərək ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

27 May 2025 12:21 (UTC+04:00)

Bakı və Abşeronda dələduzluq edərək iki nəfərin 28 min manat pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitini ələ keçirən 51 yaşlı Ə.Süleymanov saxlanılıb.

Aparılan araşdırmalarla onun Bakı şəhəri və Abşeron rayonunda yaşayan 2 sakini aldadıb ümumilikdə 28 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.