Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib

27 May 2025 12:09 (UTC+04:00)

Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Feldyeger rabitəsi haqqında” qanunun 3.2-ci maddəsinə əsasən hazırlanıb və diplomatik korrespondensiyaların Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan ərazisində və onun hüdudlarından kənarda daşınması qaydasını müəyyən edir.