Özbəkistan Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

27 May 2025 11:53 (UTC+04:00)

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri planlaşdırılır. SİA xəbər verir ki, Prezident bu barədə İlham Əliyevə təbrik məktubunda bildirib.

"Əminəm ki, yaxın gələcəkdə bənzəri olmayan Azərbaycan diyarına reallaşacaq səfərimiz və açıq, səmərəli dialoqlarımız qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimizi keyfiyyət və məzmun baxımından yeni mərhələyə çatdıracaq", - məktubda qeyd olunub.