İğdırda ağır qəza: Naxçıvandan olan 5 nəfər yaralanıb

27 May 2025 11:27 (UTC+04:00)

Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub. SİA xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.