Problemli kreditlərin məbləği 9 %-ə yaxın artıb

27 May 2025 10:38 (UTC+04:00)

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 4,4 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 11,9 %, son 1 ildə isə 8,7 % artıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət martın sonuna 1,6 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il aprelin sonuna isə 1,8 % olub.

Mayın 1-nə bankların kredit portfeli 26 milyard 442,6 milyon manat təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,9 % böyüyüb.