2024-cü ildə dünya bazarında “Azəri Light” markalı xam neftin 1 barelinin və təbii qazın 1 000 kubmetrinin orta qiymətləri dövlət büdcəsində nəzərdə tutulandan müvafiq olaraq 4,2 % və 18,1 % az olub. SİA bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, ötən il büdcənin neft-qaz gəlirləri 17 milyard 969,4 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 187 milyon manat və yaxud 1 % azdır.
Neft-qaz gəlirlərinin 71,1 %-ni və yaxud 12 milyard 781 milyon manatını Azərbaycan Dövlət Neft Fondundan transfertlər, 26,6 %-ni və yaxud 4 milyard 780,5 milyon manatını vergi daxilolmaları, 2,3 %-ni və yaxud 407,9 milyon manatını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dividend ödənişi təşkil edib.