Ruslar daha 4 yaşayış məntəqəsini işğal etdi

27 May 2025 08:16 (UTC+04:00)

Rusiya işğalçı qüvvələri Sum vilayətinin dərinliklərinə doğru irəliləməyə davam edir. Düşmən dörd yaşayış məntəqəsini işğal edib. SİA xəbər verir ki, bunu Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov Feysbuk hesabında bildirib. "Sum vilayətinin ərazisində Yunakivska icmasının Novenkoye, Basovka, Xotin icmasının Veselovka və Juravka qəsəbələri düşmən nəzarətindədir", - məlumatda vurğulanıb.

Qeyd olunur ki, adıçəkilən kəndlərin sakinləri çoxdan təxliyə edilib. Hazırda orada mülki əhali üçün heç bir təhlükə yoxdur.