Taxta çıxdıqdan sonra ilk dəfə Kanadaya getdilər - FOTOLAR

27 May 2025 04:28 (UTC+04:00)

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Kanadaya səfər ediblər. SİA “Sky News”a istinadən xəbər verir ki, bu, kral və kraliçanın taxta çıxdıqdan sonra Kanadaya ilk səfəridir.

Onları Ottava hava limanında Baş nazir Mark Karni qarşılayıb.

Səfər ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Kanadaya dəstək mesajı kimi qiymətləndirilir.

Səfər çərçivəsində Britaniya Kralı Kanadanın Parlamentində çıxış edəcək. Bu, son 50 ildə bir monarxın Kanadada Parlament qarşısında ilk dəfə rəsmi nitq söyləməsi olacaq.

Qeyd edək ki, Karl və Kamilla keçən il Kanadaya səfər etməyi planlaşdırıblar, lakin Karla xərçəng diaqnozu qoyulduğu üçün səfər ləğv edilməli olub.