Rusiya bu kəndlərdə nəzarəti ələ keçirdi

27 May 2025 05:18 (UTC+04:00)

Rusiya ordusu Sumı vilayətinin sərhədyanı ərazilərində bəzi yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. SİA xəbər verir ki, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Novyenko, Basovka, Veselovka və Juravka kəndlərini ələ keçirib: “Bu kəndlərin sakinləri çoxdan təxliyə edilib, orada mülki əhali üçün heç bir təhlükə yoxdur”.