“Napoli”nin prezidenti Aurelio De Laurentis, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin transferi haqda danışıb. SİA xəbər verir ki, prezident Bruynenin şəhərdə villa aldığını bildirib. “Bilirəm ki, De Bruyne artıq gözəl villa alıb. Bu səhər mən onunla, həyat yoldaşı və oğlu ilə video bağlantı vasitəsilə danışdım. Rəsmi keçid? Yox, hələ ki, bunu deyə bilmərəm. Faktları gözləmək lazımdır. Amma biz ciddiyik”, – De Laurentis İtaliyanın Tg2 telekanalında deyib. Daha əvvəl bildirilirdi ki, “Napoli” De Bruyneyə bonuslar da daxil olmaqla, ümumi maaşı 27 milyon avro olan 3 illik müqavilə təklif edir. Müqavilənin bu həftə bağlanacağı gözlənilir. De Bruyne mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək.