Paytaxtın Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti olaraq aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə mayın 27-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırıldığı müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qazla təminatında müvəqqəti fasilə yaranacaq.