Cari müdafiə xərclərinin dərəcəsi 3 faizdən yuxarı müəyyən ediləcək

26 May 2025 20:14 (UTC+04:00)

...NATO-nun baş katibi Mark Rutte alyansa üzv dövlətləri müdafiə xərclərini kəskin artırmağa hazırlaşmağa çağırıb; İyunun 24-25-də Haaqada keçiriləcək sammitdə müvafiq qərar qəbul ediləcək.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O vurğulayıb ki, iyunun əvvəlində Şimali Atlantika Alyansı dövlətlərinin müdafiə nazirləri blokun potensial hədəflərini təsdiqləməlidirlər ki, bu da problemləri müəyyən edəcək və gələcəkdə lazımi xərclərin qiymətləndirilməsinə imkan verəcək.

Eyni zamanda, Rutte təsdiq edib ki, üzv dövlətlərin ÜDM-nin 2 faizi olan hazırkı müdafiə xərcləri standartı artıq aktual deyil və 3 faizdən yüksək səviyyədə müəyyən ediləcək.

Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirmişdi ki, Ağ Evin aparat rəhbəri, Donald Trampı Şimali Atlantika Alyansının Haaqada keçiriləcək sammitində Avropanı müdafiə xərclərini artırmağa çağırmaq niyyətindədir.

Martın 7-də Tramp xəbərdarlıq edib ki, NATO ölkələri müdafiəyə öz ədalətli payını xərcləməsələr, ABŞ onları müdafiə etməyəcək. Amerika lideri andiçmə mərasimindən əvvəl bildirmişdi ki, o, alyansa üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5 faizə çatdırmağa çalışmaq niyyətindədir.

Əli Babayev