Rusiya Trampın Putindən üzr istəməsinə icazə verdi..?

26 May 2025 20:05 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən üzr istəyə bilər..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, politoloq Sergey Markov öz Telegram kanalında bu fərziyyə ilə çıxış edib.

O, etiraf edib ki, iki prezident arasında planlaşdırılmamış söhbət mayın 26-da baş tuta bilər və bu söhbət zamanı Tramp guya Ukraynaya zərbələrin intensivliyini azaltmağı xahiş edə bilər.

...Yaxşı, guya Tramp üzr istəyə bilər və guya onlar ikitərəfli münasibətlərin bərpasına təkan verməyə qərar verəcəklər, - politoloq əlavə edib.

Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən narazı olduğunu bildirmişdi.

Ağ Evin rəhbəri Kiyevin münaqişənin başlanğıcından bəri ən böyük reydlərdən birinə məruz qalması ilə nəticələnən Ukraynaya bir gecədə endirilən zərbələrdən xüsusi narazılığını bildirib.

Əli Babayev