Naxçıvan-Şahbuz magistral yolunda yol qəzası baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə magistral yolun Babək rayonunun Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 75-BD-090 dövlət nömrə nişanlı "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.