Makron: Tramp başa düşür ki, Putinin “sülh” vədləri yalandır

26 May 2025 17:51 (UTC+04:00)

...Fransa prezidenti Emmanuel Makron hesab edir ki, amerikalı həmkarı Donald Tramp rus lideri Putinin onu aldatdığını anlayıb.

SİA-nın məlumatına görə, BFMTV xəbər verir.

Cənub-Şərqi Asiyaya səfəri zamanı Makron “ciddi balanssızlıqlar”ın olduğu qlobal kontekstdə qaydalara əsaslanan nizamı qorumağa çağırıb.

Onun fikrincə, Ukraynadakı müharibə təkcə Avropanı deyil, Asiyanın da sabitliyini pozur.

Fransa prezidenti həmçinin Trampın Putinin onu “aldatdığını” “anladığına” inandığını bildirib.

...İnanıram ki, prezident Tramp Putin ona sülhə hazır olduğunu deyəndə yalan danışdığını başa düşdü, - deyə Makron vurğulayıb və “mümkün qədər uzun müddət atəşkəsə” çağırıb.

O vurğulayıb ki, Ukraynada baş verənlər qəbuledilməzdir və son dərəcə ciddidir. Siz həm danışıqlara, həm də bomba atmağa hazır olduğunuzu bəyan edə bilməzsiniz. Belə ikili ritorika dialoqla bağlı istənilən bəyanatın qeyri-səmimiliyini nümayiş etdirir.

Makron əlavə edib.

Əli Babayev