...Süni intellekt insanlardan daha dəqiq diaqnozlar qoyur, xüsusən də stressli vəziyyətlərə gəldikdə.
SİA-nın məlumatına görə, bu barədə Baza Telegram kanalı Harvard və Stenford universitetlərinin alimlərinin birgə araşdırmasına istinadən yazır.
...Süni intellektə görə xəstənin reanimasiyaya qəbulu mərhələsində diaqnostikanın dəqiqliyi 79,7 faiz, ən yaxşı həkimlər üçün isə 75,9 faizdır. Süni intellekt özünü xüsusilə ağır şəraitdə yaxşı göstərdi, bütün xəstəlik tarixinin hərtərəfli təhlili üçün vaxt çatışmazlığı var idi.
...Əlavə olaraq qeyd edilir ki, ölümcül nəticələrin təxminən 10 faizinin səbəbi həkimlərin düzgün diaqnoz qoya bilməməsidir. Bu baxımdan, süni intellektdən istifadə müalicə zamanı riskləri azalda bilər.
Bundan əvvəl Sankt-Peterburqda keçirilən Tibbi İnnovasiyalar Forumu zamanı alimlər belə qənaətə gəliblər ki, süni intellekt insan həyatının hər mərhələsində sağlamlığını qoruyub saxlamağa kömək edəcək.
... V.A. Almazov adına Milli Tibbi Araşdırmalar Mərkəzi Federal Dövlət Büdcə Qurumunun baş direktoru Yevgeni Şlyaxtonun qeyd etdiyi kimi, fərdiləşdirilmiş tibb məlumatların, genetikanın və rəqəmsal texnologiyaların xəstəliyi deyil, konkret xəstəni müalicə etməyə imkan verdiyi gələcəkdir.
Nazlı Almuradova