Yatmazdan əvvəl bu üç məhsulu yeməyin…

26 May 2025 20:55 (UTC+04:00)

…Yatmazdan əvvəl yemək məsləhət bilinmədiyi ən zərərli üç məhsulun adı açıqlanıb.

SİA-nın məlumatına görə, Britaniya mediası yazır ki, diyetoloq Kayla Krouli onlar haqqında danışıb.

O deyir ki, gecələr portağal, qreypfrut və pomidor yeməkdən çəkinmək daha yaxşıdır, çünki bu qidalardakı turşu özofagus qapağını rahatlaşdırır və yuxuya getməyi çətinləşdirən turşu reflüsinə səbəb olur.

Mütəxəssis həmçinin axşam saatlarında yağlı qidalar qəbul etməməyi məsləhət görür, çünki onlar mədə yanmasına səbəb olur.

Diyetoloq aydınlaşdırır ki, gecələr özünüzü qoz-fındıq və süd məhsulları ilə məhdudlaşdıraraq tam yemək yeməyin.

Əvvəllər sağlam qalxanabənzər vəz üçün məhsullar haqqında məlumat verilirdi.

Həkimlərin fikrincə, qida rasionunuza fosfor, maqnezium, silisium olan qidalar əlavə etmək, həmçinin qiymətli omeqa-3 turşuları, vitamin D, selen və tirozin olan qidaları qəbul etmək vacibdir.

Nazlı Almuradova