"Cənab Prezident sağ olsun ki, bizi ailəmizə qovuşdurdu" - AZADLIĞA ÇIXAN MƏHBUS DANIŞDI

26 May 2025 17:24 (UTC+04:00)

"Çox sağ olsun cənab Prezidentimiz bu günkü gündə bizi sevindirdi". Bu sözləri SİA-ya açıqlamasında azadlığa çıxan məhbus Hüseynov Elmar deyib.
Onun sözlərinə görə, çox sağ oldun dövlətimiz: "Cənab Prezidentin əfv sərəncamına əsasən bizim bu günkü gündə ailəmizə qovuşdurdu. Allah uzun ömür versin, can sağlığı versin. Ümummilli liderimiz Heydər Əliyevə allah rəhmət eləsin. Mən özüm 263-cü maddəyə əsasən cəzamı çəkirdim".