Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var

26 May 2025 16:50 (UTC+04:00)

Azərbaycanda ən yaşlı seçicinin 135 yaşı var. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, həmin ən yaşlı seçici Lənkəran rayonundan olan qadındır və 1890-cı ildə anadan olub: "Kişilər arasında ən yaşlı seçici isə 1920-ci ildə anadan olub".