Son bələdiyyə seçkilərində 2 min 868 seçicinin adı əlavə seçici siyahılarına daxil edilib. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bugünkü iclasında açıqlayıb.
O qeyd edib ki, ən vacib məsələ seçicilərin adlarının siyahılarda təkrar istifadə edilməməsidir:
"Bununla bağlı sistem təkmilləşdirilib. Seçici siyahıları MSK-nın rəsmi saytında yerləşdiriləcək".