Azərbaycanda seçicilərin sayı açıqlanıb

26 May 2025 16:43 (UTC+04:00)

Ölkə üzrə seçicilərin daimi siyahısı tərtib edilib. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda 2025-ci il üzrə daimi seçicilərin ümumi sayı 6 milyon 302 min 93 nəfər nəfərdir, onların da 28 min 390 nəfəri bu il səsvermə hüququ qazanıb.

MSK sədri bildirib ki, seçicilərin 2 milyon 997 min 700 nəfəri kişi, 3 milyon 304 min nəfəri isə qadındır.