Vəfat etmiş bütün seçicilərin adı seçici siyahısından çıxarılıb

26 May 2025 15:36 (UTC+04:00)

Vəfat etmiş bütün seçicilərin adı seçici siyahısından çıxarılıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın bu gün keçirilən tədbirində deyib. O qeyd edibb ki, ölkə üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesi yekunlaşıb.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verməlidir.
MSK ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsini may ayının 30-dən həyata keçirməlidir.