...Alimlər kişilərdə və qadınlarda dəri xərçənginə tutulma hallarını təhlil edərək belə nəticəyə gəliblər ki, xəstəlik müxtəlif cinslərdə müxtəlif nahiyələrdə lokallaşdırılır.
SİA-nın məlumatına görə işilərdə bədxassəli şişlər daha çox gövdədə aşkar edilirsə, qadınlarda alt ekstremitələrdə aşkar edilir.
Alimlər aşkar ediblər ki, dəri xərçəngi cinsdən asılı olaraq dərinin müxtəlif nahiyələrində lokallaşdırılır.
Dünyanın ən böyük müstəqil xərçəng araşdırma təşkilatı olan Cancer Research UK (CRUK) görə, kişilərdə xərçəng üçün ən çox rast gəlinən yerlər arxa, sinə və qarın da daxil olmaqla gövdədir.
Kişilərdə hər 10 melanomadan dördü və ya ildə 3700 hadisə dərinin bu nahiyələrində olur.
Qadınlarda melanomaların üçdə birindən çoxu – 35 faiz - buddan ayaqlara qədər aşağı ətraflarda rast gəlinir.
Alimlər hesab edir ki, bu, kişilərin köynəksiz günəş altında qalmaq vərdişi ilə bağlıdır.
Qadınlar da öz növbəsində isti hava gələndə ayaqlarını yalınlaşdırırlar.
Məlumdur ki, melanoma hallarının 87 faizə qədəri ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma nəticəsində yaranır.
Nazlı Almuradova