“Bayer” tanınmış baş məşqçi ilə müqavilə imzalayıb

26 May 2025 14:25 (UTC+04:00)

Almaniyanın “Bayer” komandası yeni baş məşqçisini açıqlayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, bu post 55 yaşlı niderlandlı mütəxəssis Erik ten Haqa həvalə olunub.

Müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun son iş yeri İngiltərə təmsilçisi "Mançester Yunayted" olub.