FIFA-nın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda kütləvi futbol festivalı keçirilib - FOTOLAR

26 May 2025 13:37 (UTC+04:00)

FIFA-nın təşəbbüsü və dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 25 May – Dünya Futbol Günü münasibətilə kütləvi futbol festivalı keçirilib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ASCO Arena”da təşkil edilən festivala 80-dən çox uşaq qatılıb.

İştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Qeyd edək ki, 2024-cü ildən etibarən BMT-nin qərarı ilə 25 may Dünya Futbol Günü kimi qeyd edilir.