Misir Senatının sədri Fəxri xiyabanı ziyarət edib

26 May 2025 12:34 (UTC+04:00)

Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razek mayın 26-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. SİA xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.