Prezident “Talıstan” liseyinin binasının açılışında - FOTOLAR

26 May 2025 11:33 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib. SİA xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.