Müasir dövrdə istənilən tibb müəssisəsinin uğuru yalnız göstərdiyi tibbi xidmətin keyfiyyəti ilə deyil, həm də bu xidmətin cəmiyyətə necə təqdim olunması ilə müəyyən olunur. SİA xəbər verir ki, brendə olan inam və etibarlılıq müasir PR fəaliyyətində uğurun təməl sütunlarındandır. Xüsusilə səhiyyə sektorunda bu etibar mühüm əhəmiyyət daşıyır. Rəqabətin artdığı bir mühitdə brendin tanınması və ictimai yaddaşda möhkəmləndirilməsi məqsədilə strateji PR alətlərindən istifadə zərurətə çevrilib. Güclü brend imici yaratmaq üçün sistemli, məqsədyönlü və ardıcıl kommunikasiya qurmaq vacibdir. Rəqəmsal platformalardan güclü istifadə edin Brend tanıtımında sosial media və vebsaytlar mühüm rol oynayır. Facebook, Instagram, YouTube kimi platformalarda planlı və vizual cəhətdən cəlbedici kontent strategiyası qurmaqla geniş auditoriyaya çatmaq mümkündür. Rəqəmsal alətlər brendi həm tanıtdırır, həm də interaktiv kommunikasiya üçün şərait yaradır.
Media ilə münasibətlər qurun
Ənənəvi media vasitələri televiziya, qəzet və onlayn xəbər portalları vasitəsilə müəssisə və ya həkimlər haqqında süjetlər, müsahibələr və maarifləndirici məqalələr brendin tanınmasında mühüm rol oynayır. İctimai rəyin formalaşmasında medianın gücünü ön plana çəkir və PR mütəxəssislərinin medianın dili ilə danışma bacarığını vacib sayır.
Dizayn və vizual kimliyi sabit saxlayın
Loqo, rəng palitrası, şriftlər və ümumi dizayn elementləri brendin vizual yaddaşda qalmasında əhəmiyyətlidir. Vizual ardıcıllıq auditoriyada tanışlıq və güvən hissi yaradır. Dizayn elementlərinin kommunikasiya strategiyasına uyğun olması vacibliyini vurğulayır.
Maarifləndirici PR kampaniyaları həyata keçirin
Xüsusilə sağlamlıq sahəsində ictimai maarifləndirmə kampaniyaları brendin həm tanınmasını artırır, həm də ictimaiyyətə fayda verir. Məsələn, tibbi günlər çərçivəsində həyata keçirilən müxtəlif tədbirlər vasitəsilə həm maarifləndirici funksiyanı yerinə yetirmək, həm də brendin adını yaddaşlarda möhkəmləndirmək mümkündür.
Müsbət reputasiyanı qoruyun və böhranları peşəkar idarə edin
İctimai yaddaşda brendin mövqeyini qorumaq üçün baş verə biləcək böhranlara hazırlıqlı ol¬maq və düzgün kommunikasiya aparmaq vacibdir. Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi uzunmüddətli və strateji yanaşma tələb edən bir prosesdir. Tibb sahəsində bu yanaşma yalnız reklamla deyil, effektiv PR, hekayəçilik, media əlaqələri və rəqəmsal kommunikasiya vasitəsilə həyata keçirilə bilər. Unutmayaq ki, güclü brend sadəcə tanınan deyil etibar olunan və yadda qalan brenddir.
(davamı gələn sayımızda)