3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinə bu gün start veriləcək. SİA-nın məlumatına görə, yarışda Azərbaycan millisi da daxil olmaqla 16 komanda iştirak edəcək.
A qrupunda qərarlaşan yığma saat 16:00-da Niderland millisi, 17:50-də isə Çexiyanın “Praqa” klubu ilə üz-üzə gələcək. Oyunlar "Sea Breeze"də keçiriləcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Pley-off matçları mayın 27-də baş tutacaq.