ABŞ millisi dünya çempionu oldu

26 May 2025 07:29 (UTC+04:00)

ABŞ komandası İsveçrə millisini məğlub edərək dünya xokkey çempionatının qalibi olub. SİA xəbər veri ki, matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Amerika xokkeyçiləri ilk əlavə vaxtda qol vurublar, onun müəllifi Tage Tompson olub. Bürünc medallar uğrunda görüşdə İsveç millisi Danimarka millisini 6:2 hesabı ilə məğlub edib.