"Fənərbağça" Avroliqanın qalibi oldu

26 May 2025 03:34 (UTC+04:00)

Basketbol üzrə Avroliqanın qalibi bəlli olub. SİA xəbər verir ki, final qarşılaşmasında Türkiyənin "Fənərbağça" klubu ilə Fransanın "Monako" komandası üz-üzə gəliblər. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən” Etihad Arena”da keçirilən görüş İstanbul təmsilçisinin 81:70 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "sarı-lacivərdlilər" ikinci dəfə Avroliqanın çempionu adına sahib çıxıblar.