Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qatıldı

26 May 2025 02:24 (UTC+04:00)

Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayraqqaldırma aksiyası keçirilib. SİA xəbər verir ki, tədbir haqqında Türkiyənin Toronto Baş Konsulluğu rəsmi hesabından paylaşım edib: "Azərbaycan-Kanada icması ilə birgə Kanadalı Azərbaycanlılar Şəbəkəsinin təşkil etdiyi bayraqqaldırma mərasimində Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü qeyd etdik", - deyə paylaşımda bildirilib. Mərasimdə Türkiyənin Toronto Baş konsulu Can Yoldaş da iştirak edib.