Ağstafada 20 yaşlı şəxs dəm qazından zəhərlənib

26 May 2025 01:30 (UTC+04:00)

Ağstafada zəhərlənmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Röya Tağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənc qadına dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə R. Tağıyeva yaşadığı evdə dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.