"Sonadək çalışdıq və rəqibin müdafiəsini yara bildik"

25 May 2025 21:31 (UTC+04:00)

Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Onların köməyi sayəsində qələbə qazandıq.

SİA xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının A qrupunun sonuncu oyununda Mavritaniya yığmasına 2:0 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, matçın çətin keçdiyini bildirib: “Amma sonadək çalışdıq və rəqibin müdafiəsini yara bildik. Heç bir komanda bizimlə açıq oynamır. Bu zaman daha artıq güc itirmiş oluruq”.